Одна из причин пристрастия людей к порочному – безделье. Когда б он возделывал землю, занимался торговлей, разве мог бы он вести праздную жизнь?
Абай Кунанбаев

Главная
Открытое мнение
Әliağa Kürçaylının lirik poemaları

ОТКРЫТОЕ МНЕНИЕ

22 ноября 2017
3055
0

Әliağa Kürçaylının lirik poemaları

Elnur Rәsuloğlu (Әliyev)

 

Hamı şeir yaza bilәr, amma poema qәlәmә almağı hәr şair bacarmır.
 
 Bir çoxumuza yaxşı mәlumdur ki, XII әsrdә yaşayıb-yaratmış Әfzәlәddin Xaqaninin (1126-1199) yarı xatirә, yarı sәfәrnamә sәciyyәsi daşıyan, şairin Şirvanşahlar sarayında gördüyü zülm vә әdalәtsizliklәrә qarşı dәrin etirazını bildirdiyi, müasirlәrindәn, qohumlarından, dostlarından, uşaqlıq vә tәhsil illәrindәn söhbәt açdığı, nәcib insani sifәtlәri tәbliğ etdiyi vә böyük Nizami Gәncәvinin (1141-1209) “Xәmsә” toplusuna daxil olan “Sirlәr xәzinәsi”nә (1174-1175) bәnzәdilәn “Töhfәtül-İraqeyn” (“İki İraqın töhfәsi”) әsәri Azәrbaycan әdәbiyyatı tarixindә ilk poemadır.
 Mәrhum tәnqidçi-alim Abbas Hacıyevin (1933-2011) fikrincә, poemalar mәzmununa, quruluşuna, ideyasına, tәhkiyә vә ahәnginә görә müxtәlif tiplәrә - lirik, epik vә dramatik poemalara ayrılır.
 Әsәrlәrindә sarayların iç üzünü açmış, şah vә hakimlәrә qarşı kәskin tәnqidi münasibәt bildirmiş Xaqani Şirvanidәn üzü bәri bugünkü günümüzәdәk әdәbiyyatımızda çoxlu sayda poema yazılsa da, bu janrın inkişaf dövrü iyirminci yüzilliyә, daha dәqiq desәk, 1920-1991-ci illәrә tәsadüf edir. Әdәbiyyatşünaslar tәrәfindәn Azәrbaycan әdәbiyyatının sovet dövrü kimi xarakterizә edilәn bu mәrhәlәdә epik poeziya yollarında inamlı addımlarla irәlilәmiş Әliağa Kürçaylının (1928-1980) poemaları da xüsusi yer tutur. O, yazılı әdәbiyyatın bu janrına elә yaradıcılığının ilk illәrindәn meyil göstәrmiş, ömrünün axırına qәdәr bu sahәdәki axtarışlarını davam etdirmişdir.
 Ә.Kürçaylının müxtәlif illәrdә nәşr edilmiş vә kitablarında yer almış 25 poemasından yalnız üçü lirik sәpkilidir. Bu әsәrlәrdә epik poemalara xas olan süjet xәtti, konkret hadisәlәr vә konkret obrazlar görünmür.
 İnsan әmәyini tәrәnnüm edәn, zәhmәt adamlarının hәyatından, duyğu vә düşüncәlәrindәn söz açan “Bakılı Kolumb” poeması (1970-1971) keçәn әsrin 50-70-ci illәrindә aktual olan әmәk mövzusunda qәlәmә alınmışdır. Kürçaylının bu maraqlı vә oxunaqlı epik poeziya nümunәsinin giriş hissәsindә şairin lirik poema kimi dәyәrlәndirdiyi әsәr qәhrәman dәniz neftçilәrimizә ithaf olunmuşdur. Poema hәr birini 10 misra tәşkil edәn 15 şeir parçasından ibarәtdir. Dәnizlәr allahı Neptunun adı çәkilәn әsәrdә müәllif dәniz neftçilәrinin ağır әmәyini tәrәnnüm edir, onların axtarışlarını, Kolumb inadını alqışlayır.
 Әmәkdar İncәsәnәt Xadimi Әliağa Kürçaylının “Hәyatın dolayları” kitabında (Bakı, “Azәrnәşr”, 1973, sәh.135-142) layiqli yerini tutmuş “Bakılı Kolumb”da şair sәrbәstdir, fikrini, hiss vә duyğularını heç bir çәrçivәyә, qәlibә salmadan ifadә edir.
 Ana mәhәbbәti mövzusunda yazılan “Ana” (1973-74) әsәri sırf lirik poemadır.
 Ә.Kürçaylının gözәllik ilahәsi Afroditanın adı keçәn “Ana” poeması bu mövzuda qәlәmә alınmış digәr epik poeziya nümunәlәrindәn tәbii ki, konkret hissi-emosional tәqdimi ilә seçilir. Әsәrdә göstәrilәn qadın Kürçaylının öz doğma anasıdır. Bu ananın özünәmәxsus dünyası, mәnәvi alәmi, hәyata, insanlara öz baxışı var. Müәllif mәhz bu özünәmәxsusluğu bәdii tәdqiqat obyektinә çevirir.
 İlk dәfә şairin “Dünya ovcumdadır” kitabında (Bakı, “Gәnclik” nәşriyyatı, 1976, sәh.115-134) çap edilәn poemada tәsirli, bir ana qәlbinin böyüklüyündәn söz açan sәhnәlәr az deyildir.
 Әliağa Kürçaylının 1976-cı ildә yazdığı vә 4 bölmәdәn ibarәt “Adi adam” poemasında adından da göründüyü kimi, adi insanların mәnalı hәyatından danışılır. Әsәrdә konkret bir obraz, real şәxsiyyәt tәsvir olunmur. Bu epik poeziya nümunәsi lirik planda qәlәmә alınmışdır.
 Ә.Kürçaylının şeir vә poemalarının toplandığı, Azәrbaycan Dövlәt Mükafatına layiq görülәn “Bütövlük” kitabında (Bakı, “Yazıçı” nәşriyyatı, 1978, sәh.496-507) dәrc edilmiş “Adi adam” poeması haqqında öncә söylәdiklәrimizә yeni bir fikir әlavә etmәk çәtindir. Lirik sәpkili bu әsәr müәllifin lirik planda yazdığı epik poeziya nümunәlәri ilә müqayisәdә diqqәti o qәdәr dә cәlb etmir.
 Kürçaylının lirikası onun bәnzәrsiz bir şair olduğunu tәsdiq etdiyi halda, lirik poemaları müәllifin hәyata, cәmiyyәt hadisәlәrinә dәrindәn bәlәd olduğunu sübut edir.
 
 Qeyd. Bu yazı hazırlanarkәn әlavә vә dәyişikliklәr edilmәklә Sevda Әlican qızı Әliyevanın “Ә.Kürçaylının poetik dünyası” monoqrafiyasından (Bakı, “Azәrnәşr”, 1998, sәh. 156, 161-162, 192-193, 197-198) geniş şәkildә istifadә olunmuşdur.


Теги: bilәr., yaza, şeir, hamı
Поделиться:
     
Оставить комментарий:
Captcha