Әдебиет - ұлттың жаны. Ұлттық сана, тағдыр, жан жүйесі - көркемөнердің басты тақырыбы. Таптық жік арқылы әдебиет жасалмайды...
Жүсіпбек Аймауытұлы

04 мамыр 2016 623

Kazak Şair, Türkolog Kayrat DÜYSENOV'un Şiirleri

Негізгі тіл: Ақын, публицист Қайрат Дүйсеновтың өлеңдері

Бастапқы авторы: Kayrat DÜYSENOV

Аударма авторы: Nizami ZÖHRABİ

Дата: 04 мамыр 2016




şiir. өлең.jpg


MӘN ABAYAM!

(J.Moldaqaliyevin “Mәn qazaxam” poemasının izi ilә)


Mәn Abayam!

Abay kimi danışaram.

İstәsәm hamını mәcbur edәrәm

mәnә qulaq asmağa.

İstәsәm gölmәçәyә çevrilәr

böyük göl,

İncisәm quruyar çöl.

Mәn Abayam!

Şeir olub oxunaram,

Qazaxların dәrdlәrinin oduna

yanıb-yaxılaram.

Şeirin duru çeşmәsindәn

sizlәrә bal daddıraram.

Mәn Abayam!

Abay olub deyәrәm:

-Atını meydana çәk!

Döyüş, xalqım,

gözündәn ta ki, qan axanadәk!

Xalqımın yaşlıları

görüb çoxlu qәm-kәdәr

Şüurumun tarixi uzanır

qәdim döyüş

meydanlarına qәdәr.

Mәn Abayam!

Mәn xalqımın bugünkü

gәnclәrini sevirәm.

Hәsr edәrәm onlara

qalın-qalın dastanlar.

Bölmәdilәr onlar

üç yerә bizim sülh sәmamızı.

1986-nın dekabrında

qorudular şәrәfimizi.

Mәn Abayam!

Bitmәyәn bir әsәrәm.

Mәni anlayanlara

vardır sonsuz rәğbәtim.

Var mәnim öz dövlәtim,

bayrağım, hürriyyәtim.

Xalqımı, dövlәtimi belә

azad görәndә

Oyanaram yuxudan

hürr insan kimi mәn dә.

Mәn Abayam!

Hәr bir nәğmәm şirindir,

hәr şeirim bal dadır.

Hәr sualım, hәr sözüm

daşıyır neçә mәna.

Mәn sizin özünüzәm,

siz varsınız - mәn varam!

Sizin hafizәnizdә

hәkk olunmuş şüaram!

Mәn Abayam!

Mәn şairәm, aqilәm.

Tanınır adım mәnim

bu gün bütün dünyada.

Odur ki, salıram mәn

bir sözü yenә yada:

Hörmәt edin hamınız,

qoruyun şairlәri,

Qoy olsun şüarınız

onların şeirlәri.

Mәn Abayam!

Abay kimi danışaram.

İstәsәm hamını

mәcbur edәrәm

mәnә qulaq asmağa.

Ey mәnim övladlarım,

rәvac verin xeyirә,

Bilin sözün qәdrini,

ehtiram edin sözә,

Açılan hәr gününüz

qoy bәlәnsin şeirә!!!


(Bu şeir Almatada Abayın 150 illik yubileyinә hәsr olunmuş tәdbirdә

şairin abidәsi qarşısında oxunub).




ŞAİR MUXAQALİNİN SӘSİ


Bu dünyada hәmişә ağlamışam, yanmışam, 
Özümü bәndәlәrin әn bәdbәxti sanmışam. 
Demә, bihudә yerә hissimә aldanmışam, 
Könüllәrdә var imiş ayrıca yerim mәnim! 
Gör nә qәdәr ürәkdә necә dә bir yerim var, 
Bәhrәli bir ağacam, tükәnmәyәn barım var. 
Qaranlıq göy üzündә çaxanda ildırımlar 
Xatırlanar kimliyim böyük bir ehtiramla. 
Vulkanlar püskürәndә, yer lәrzәyә düşәndә 
Gәlәcәk yüzillәrә köçüb gedәrәm mәn dә. 
Can sinәmә yığılıb cismimi tәrk edәndә 
Şairlәrә deyәrәm:-Yaxşı şeirlәr yazın! 
Yaxşı seir bәnzәyir ildırım tәlaşına, 
Belә şeir yazanın dolanaram başına. 
Görsәm belә şairlә deyilsiniz aşina, 
Alaram öz yanıma, buraxmaram tәk onu, 
Bilin yaxşı sairin cәnnәtdir son mәkanı!



SӘN DӘ MӘNİ SEVİRSӘN?


Sәninçün darıxmağım vermәdi әsla ara, 
Xәyalım alıb mәni apardı uzaqlara. 
Tәslim etdim özümü bәxt adlı yazılara, 
Belә olduğum halda dünyaya necә sığım? 
Bir vurğunluq halında yaşayıram bu gün mәn, 
Bәxş etdiyin sevincin çәkmәkdәyәm yükün mәn, 
Tapa bilmәrәm әsla bir rahatlıq, sükun mәn 
Ta sәn anlamayınca mәni, ey әziz insan. 
Gördüm Ay camalını, nura boyandı içim, 
Çaxdı gözündә şimşәk, parladı bir qığılcım. 
Artdı sәnә ümidim, qalmadı ayrı seçim, 
Doğrultdun mәnim sonsuz arzumu, ümidimi. 
Almasa da dodağım dodağından busәni, 
Qucub oxşamasam da şirin sözlәrlә sәni, 
Vәsf edib şeirimlә sәn kimi bir süsәni 
Sәnә olan eşqimi etdim hörmәtlә izhar. 
Mәnim hәr şeirimin sәnsәn baş qәhrәmanı, 
Varmı mәftun eylәyәn ayrı gül çöhrә mәni? 
Bir sualım var sәnә: salmışkәn sehrә mәni 
Düzünü söylә görüm sәn dә mәni sevirsәn?



ÇATDIRIRAM 
GÖZLӘ MӘNİ


Avara gәzirәm, avara.. 
Yaşamaqdan ötrü mәn qatlaşdım hәr çür işә. 
Canım, ancaq o zaman olmadın yanımda sәn, 
Olsaydın, edәrdinmi onda yükümü asan? 
Kәdәrli gәzirәm, kәdәrli... 
Mәn yaşamaq naminә etdim nә qәdәr günah. 
Hәlә ki, üstәlәyir әyrilәrim düzümü, 
Düzәlmәdәn bilmirәm sәnә layiq özümü. 
Hәyәcanlı gәzirәm, hәyәcanlı... 
Bu dәyişәn dünyaya baxıb tәәccüb edәrәk. 
Mәnim dәrdim hamının dәrdlәrindәn fәrqlimi? 
Başqaları oturub heç nә olmamış kimi. 
Әziyyyәt çәkirәm, әziyyәt... 
Darıxmaq hissi yaman dolub mәnim sinәmә. 
Üst-üstә qalaqlanan bu capsarı kәdәri 
Sәnә hәdiyyә alıb qayıdacağam geri. 
Uzaqda gәzirәm, uzaqda... 
İnanıram, axtarsam qazanaram min uğur. 
Ehtiras piyalәsi yandırsa da lap sәni, 
Sәbrini hifz edәrәk yenә dә gözlә mәni.


Көп оқылғандар